Siyasət

Maduro: “Tramp məni öldürməyi əmr edib”

“Şübhəsiz ki, Donald Tramp Kolumbiya hökumətinə, Kolumbiya mafiyasına mənim öldürülməyimi tapşırıb. Əgər nə vaxtsa başıma bir iş gəlsə, Donald Tramp və Kolumbiya prezidenti İvan Duke baş verənlərlə bağlı məsuliyyət daşıyacaqlar”, – virtualaz.org “360” telekanalına istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.

Daha öncə Maduro Trampla görüşməyə hazır olduğunu bildirib, lakin ABŞ prezidentinin ətrafının bunu əngəlləyəcəyindən şübhə etmədiyini də əlavə edib.

“Əminəm ki, görüşüb söhbət etsək, hər şey başqa cür olacaq. Lakin bizə bunun üçün imkan verməzlər”, – Maduro qeyd edib.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button