Siyasət

Macarıstan azad edilmiş ərazilərdəki bərpa işlərini dəstəkləməyə hazırdır

“Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərini dəstəkləməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu həmin ölkənin Azərbaycandakı səfiri Viktor Sederkeni bildirib.

Macarıstanlı diplomat Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işlərinə dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Səfir həmçinin xatırladıb ki, azad edilən ərazilərdə həyata keçirilən layihələrdə Macarıstan şirkətlərinin iştirak etməsi məsələsi fevral ayının əvvəlində keçirilmiş Azərbaycan-Macarıstan biznes forumunda da müzakirə mövzusu olmuşdu.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button