Siyasət

Məzahir Pənahov jurnalistləri MSK-da girov saxlayıb – “VİDEOLARI SİLİN…” – ŞOK İDDİA

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov haqda şok iddia ortaya çıxıb.

“SAVAŞ”-ın məlumatına görə bu haqda tanınmış blogger, 31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd olmuş Mehman Hüseynov sosial şəbəkədə paylaşım edib.

O iddia edir ki, MSK sədri Məzahir Pənahovun tapşırığı ilə iclasda iştirak edən jurnalistlərin uzun müddət qurumun binasında girov saxlayıb.

Səbəb isə M. Hüseynovun iclasda etdiyi çıxışın həmin jurnalistlər tərəfindən videosunun çəkilməsi olub:

“MSK-nın son iclasında Məzahir Pənahovun və onun saxtakar işçilərinin birbaşa üzlərinə dedim ki, mənim, dostlarımın haqqını yeyənlərin, bu seçkiləri saxtalaşdıranların, xalqın səsini oğurluyan müəllimlərin, həkimlərin, icra başçıların və ən əsası bax bu masada oturan Məzahir Pənahov səndən tutmuş hamınızın… Sizlər bizim gələcəyimizi məhv elədiniz! Bu xalq sizi heç vaxt bağışlamıyacaq!”

M. Hüseynov deyir ki, onun bu sözlərindən sonra MSK sədri və digərləri susub:

“Bu çıxışımı bütün televiziyalar, xəbər agentlikləri, hətta dost hesab etdiyimiz jurnalistlər çəkib. Amma bu video çıxışımı heç kim MSK-nın binasından çıxara bilmədi. Təsəvvür edin, gecə saatlarına qədər bütün jurnalistləri girov kimi binada saxlayıb, o çıxışımı bütün kameralardan pozdurublar”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button