Cəmiyyət

Məşhur yoqin Sadhqurunun Bakıda çıxışı baş tutub

 

Hindistanın Bakıdakı Səfirliyi “Isha” Fondu ilə birgə “Torpağı Qoruyaq” qlobal ətraf mühit təşəbbüsü ilə əlaqədar olaraq məşhur yoqin Sadhquru ilə görüş təşkil edib.

İstiqlal.az xəbər verir ki, tədbirdə Hindistanın Azərbaycandakı Səfiri Bavitlunq Vanlalvavna çıxış edib. Sonra isə Sadhquru torpağı və ətraf qorumağın vacıbliyindən danışıb, eləcə də tədbir iştirakçılarının suallarına cavab verib.

“JW Marriott Absheron Baku” mehmanxanasında keçirilmiş tədbirdə xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirləri, Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri, Sadhqurunun Azərbaycandakı pərəstişkarları, eləcə də Hindistan diasporunun nümayəndələri iştirak ediblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button