Mədəniyyət

Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib

Bakı. Orxan Nəbiyev – Trend:
Məşhur rusiyalı aktyor Sergey Bezrukov koronavirusa yoluxması ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə aktyor öz “Instagram” səhifəsində bildirib.
O, xəstəliyin yüngül formada keçdiyini vurğulayıb.

Aktyor çıxış etdiyi tamaşaların təxirə salındığını elan edib.
Qeyd edək ki, S.Bezrukov “Briqada”, “Yesenin”, “Master və Marqarita” kimi seriallardakı rolları ilə tanınır.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button