Mədəniyyət

Məşhur Hollivud filminin əsasında serial çəkiləcək

Bakı. Orxan Nəbiyev – Trend:
“Amazon Studios” şirkəti məşhur “Üzüklərin hökmdarı” filminin əsasında serial çəkəcək.
Trend-in məlumatına görə, bu barədə şirkətin saytında deyilir.
Serialın 2022-ci ilin sentyabrında nümayiş etdirilməsi planlaşdırılır.
Serialın birinci mövsümünün çəkilişləri Yeni Zelandiyada aparılacaq. Yeni serial “Amazon Prime Video” platformasında 240 ölkədə yayımlanacaq.

Qeyd edək ki, “Üzüklərin hökmdarı” filminin üç hissəsi 2001-2003-cü illərdə çəkilib.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button