Dünya

Məşhur gürcü aktyor Vaxtanq Kikabidzeyə ağır itki üz verib

Tanınmış gürcü aktyor və müğənni Vaxtanq Kikabidzenin həyat yoldaşı İrina Kebadze vəfat edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə İ.Kebadzenin qızı Marina Saqaradze məlumat yayıb.
Qadının yaşı ilə əlaqədar səhhətində yaranmış problemlərdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, 83 yaşlı V.Kikabidze İ.Kebadze ilə 1965-ci ildə ailə qurub. İ.Kebadze vaxtilə Tbilisi Opera və Balet Teatrının prima balerinası olub. Cütlüyün Konstantin Kikabidze adlı oğlu var. M.Saqaradze İ.Kebadzenin birinci həyat yoldaşından olan qızıdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button