İdman

Məhəmməd Salah Çempionlar Liqasında yeni uğura imza atıb

İngiltərənin “Liverpul” komandasının futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

30 yaşlı hücumçu buna İtaliyada “İnter”i 2:0 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin ilk oyununda nail olub.

83-cü dəqiqədə ikinci qola imza atan misirli forvard qitənin bir nömrəli klub turnirində 50-ci görüşündə 33-cü dəfə fərqlənib. Salah bu göstəriciyə görə yalnız iki oyunçudan geri qalır.

Almaniya “Bavariya”sında çıxış edən Robert Levandovski 50-ci matçında 36-cı, hazırda İngiltərə “Mançester Yunayted”ində oynayan Kriştianu Ronaldu isə 51-ci qolunu vurmuşdu.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm “Liverpul”da bütün turnirlərdə 29 oyuna çıxıb, 24 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button