Cəmiyyət

“Mədəniyyət” televiziyasına yeni direktor təyin olunub

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” telekanalına yeni direktor təyin olunub.
“AzTV”nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bununla bağlı QSC-nin sədri Rövşən Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova (Ülviyyə Könül) QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin edilib.
O, 2019-cu ilin oktyabrından indiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş rejissoru vəzifəsində çalışıb.
Qeyd edək ki, əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. O, mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button