Mədəniyyət

Mədəniyyət Nazirliyi və Rəsm Qalereyası “ARTCIRCLE” layihəsinə start verir – video

“ARTCIRCLE” layihəsi Azərbaycanda dünyanın müxtəlif ölkələrindən olan rəssamları tanıtmaq, onların yaradıcılığı ilə yaxından tanış olmaq və Azərbaycanın incəsənəti barədə xarici auditoriyalara məlumat verməyin yeni alətlərini tapmaq, həmçinin mədəni müxtəlifliyin təmin edilməsinə töhfə vermək məqsədilə həyata keçiriləcəkdir.

Dünyada, xüsusilə mədəni sahədə baş verən proseslər, incəsənətdə sürətlə dəyişən tendensiylar və yeniliklər yeni əməkdaşlığa, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə, xarici rəssamlarla fikir mübadiləsinin aparılmasına zərurət yaradır.

Bu baxımdan, start verilən yeni layihə ölkəmizdə incəsənət sahəsində mütəxəssisləri, həmçinin yerli rəssamları, həvəskarları xarici rəssamlarla virtual məkanda tanış edəcək, onların təcrübəsindən faydalanmağa, innovativ ideyalarını bölüşməyə təşviq edəcək.

“Zoom” proqramı vasitəsilə müsahibə formatında keçirilməsi planlaşdırılan “ARTCIRCLE” layihəsinin video-materialı Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesabları vasitəsilə yayımlanacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button