Mədəniyyət

Mədəniyyət Nazirliyi QHT-lərlə əməkdaşlıq proseduru hazırlayır

“Mədəniyyət Nazirliyində layihələrin hazırlanmasında QHT-lərlə əməkdaşlıq proseduru hazırlanır”.

Bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün tətbiq edilən proses və prosedur nazirlikdaxili layihələrə aiddir: “Eyni zamanda bizim paralel olaraq QHT-lərlə əməkdaşlığımız da layihə idarəçiliyi çərçivəsində görülür. Bununla bağlı yaxın zamanlarda prosedur da hazır olacaq. Bu gün biz çalışırıq ki, Mədəniyyət Nazirliyi idarəçiliyin təkmilləşdirilməsi ilə məşğul olsun. İdarəçiliyin ilk mərhələsi təbii ki, daxili idarəçilikdir. Bu gündən etibarən isə layihəyönümlülüyə keçirik. Bütün tərəfdaşlarla əməkdaşlığımızı, o cümlədən, QHT-lərlə əməkdaşlığı layihəyönümlü etmək istəyirik. Bunun ən böyük üstünlüyü şəffaflıqdır. Çünki artıq hər bir qərarı qəbul etməzdən öncə bütün cəlb olunan və həmin fəaliyyətdə iştirak edən bütün tərəflər layihədən xəbərdar olacaq. Layihəyönümlülüyün vacib bir mərhələsi layihə sənədidir. Artıq hər bir təklif, təşəbbüs layihə sənədi əsasında formalaşdırılacaq və bu layihə sənədi bütün tərəflərlə müzakirə ediləcək. Bu, ümumi koordinasiyanı gücləndirəcək, eyni zamanda şəffaflıq yaradacaq”.

“Korporativ dünya layihələrini maliyyə baxımından dəyərləndirirsə, bizim dəyərləndirmə sistemimiz başqadır. Çünki cəmiyyət qarşısında öhdəliklərimiz var. Mədəniyyət dəyərlərimizin tətbiqi və təşviq edilməsidir ki, bu da bizim sənədlərimizdə əks olunub. Layihələrin hazırlanması bizim illik fəaliyyət planına uyğun olacaq”, – nazir müavini qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button