İqtisadiyyat

“Lukoil” “Şahdəniz”də payını artırır

Rusiyanın “Lukoil” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında payını artırır.
“APA-Economics”in “Lukoil”a istinadən verdiyi məlumata görə, “Lukoil” “Petronas” şirkətindən “Şahdəniz”də 15,5% payının alınması haqqında müqavilənin imzalanması barəsində elan edib.
Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button