İdman

Los-Anceles-2028: Boks və ağırlıqqaldırmaya vaxt verilib

Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının ilkin proqramına 28 idman növü daxil edib.

Bu barədə qərar qurumun Sessiyasında qəbul edilib.

IOC Olimpiya proqramı üzrə komissiyanın təklifi ilə razılaşıb. Bu təklif daha əvvəl İcraiyyə Komitəsindən dəstək alıb. 28 idman növünə ötən il Tokio olimpiadasında debüt edən skeytbordinq, sörfinq və qayayadırmanma da daxildir.

Boks, ağırlıqqaldırma və müasir pentatlon isə proqramda qalmaq üçün müxtəlif meyarlara cavab verməli, müvafiq federasiyalar yerlərini qorumaqdan ötrü islahatları başa çatdırmalıdırlar.

Qeyd edək ki, 2023-cü ildə Los-Anceles-2028-in Təşkilat Komitəsi əlavə idman növləri təklif edə bilər. Yekun siyahı 2024-cü ilin dekabrında təsdiqlənəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button