Dünya

Liviyada silahlılar hökumət binasını və Müdafiə Nazirliyini ələ keçirib

Liviyada silahlılar Milli Razılıq Hökumətinin mənzil-qərargahını və Müdafiə Nazirliyinin binasına daxil olublar.

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Tripolinin bir sıra rayonlarında elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hadisələrdə paytaxtda fəaliyyət göstərən silahlı qruplaşmalardan heç birinin adı hallanmır.

Xatırladaq ki, dekabrın 24-də Liviyada prezident seçkisi keçiriləcək.

Qeyd edək ki, Liviya Ali Şurasının sədri Xalid Mişri dekabrın 11-də jurnalistlərə açıqlamasında ölkəsində Rusiyanın “Vaqner” adlı özəl hərbi şirkətinin 7 min muzdlusunun olduğunu söyləmişdi. O, bu yaraqlıların Liviyanın mərkəzini ələ keçirməyə çalışdıqlarını da vurğulamışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button