Dünya

Liviya parlamenti hökumətə etimad göstərməyib

Liviya parlamenti sentyabrın 21-də Abdel Hamid Dbeyba hökumətinə etimad göstərməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Liviya Nümayəndələr Palatasının sözçüsü Abdullah Blihak bildirib.
“Parlamentn sədri Akil Salehin və iki müavininin iştirak etdiyi qapalı iclasda 113 deputatdan 89-u Abdel Hamid Dbeybanın başçılıq etdiyi Milli Birlik Hökumətinə etimad göstərilməsinin əleyhinə səs verib”, – o deyib.
Liviya paytaxtı Tripolidə yerləşən Ali Dövlət Şurasının sözçüsü Nazirlər Kabinetinə etimad qaydasını rədd edərək bildirib ki, hökumətə etimadın göstərilməməsi Konstitusiya Bəyannaməsi və siyasi razılaşmaya zidd olduğu üçün etibarsız sayılır.
Xatırladaq ki, Liviya hökuməti martın 10-da etimad qazanıb. Dbeybanın başçılıq etdiyi hökumət 35 nazir və baş nazirin müavinindən ibarətdir. Hökumətin səlahiyyət müddəti 2021-ci il dekabrın 24-də başa çatır. Bu tarixdə Liviyada seçkilərin keçiriləcəyi gözlənilir. Parlamentin bu addımı hakimiyyətin işini blok və seçkilərə hazırlaşmağı mümkünsüz edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button