Dünya

Litvada əcnəbilərin qəbul mərkəzindən 20-dən çox miqrant qaçıb

Litvanın Yonava bölgəsindəki Rukla şəhərində 20-dən çox qanunsuz miqrant əcnəbilərin qəbul mərkəzindən qaçıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Litva Daxili İşlər Nazirliyi yanında asayiş xidmətinin rəisi Riçardas Poçyus deyib.
Onun sözlərinə görə, qəbul mərkəzində saxlanılan miqrantların siyahısı yoxlanılan zaman 21 nəfərin olmadığı müəyyən edilib. Aparılan axtarışlardan sonra 7 miqrant aşkar edilərək mərkəzə gətirilib, digər 13 nəfərin axtarışları isə davam edir.
Litvadakı qanunsuz miqrantlar sığınacaq alana qədər ölkə daxilində sərbəst hərəkət etmək hüququna malik deyillər. Rukla şəhərində yerləşən mərkəzdə Belarus vasitəsilə Baltikyanı respublikaya daxil olan Afrika və Asiya ölkələrindən gələn qanunsuz mühacirlər saxlanılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button