İdman

Levandovski ilin futbolçusu seçilib

Polşa millisinin və Almaniya “Bavariya”sının hücumçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

33 yaşlı forvard “Tuttosport” nəşrinin versiyasına əsasən bu ada yiyələnib. O, veteran oyunçuların səsverməsi nəticəsində qalib elan olunub. Səsvermədə Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Xristo Stoiçkov, Samuel Eto O, Alessandro Kostakurta və Ruy Koşta kimi ulduz futbolçular iştirak ediblər.

İkinci yeri İngiltərənin “Çelsi” klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo tutub. Argentina yığmasının və Fransa PSJ-sinin forvardı Lionel Messi isə 3-cü olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button