İdman

“Lester”in futbolçusu gecikdiyi üçün “Qalatasaray”a transfer olunmayıb

İngiltərənin “Lester” klubunun futbolçusu Nampali Mendinin “Qalatasaray”a keçidi baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin oyunçunu icarəyə götürmək istəyi son anda reallaşmayıb.
29 yaşlı fransalı özünü İstanbula vaxtında çatdıra bilməyib. Transfer pəncərəsinin son saatlarında Türkiyədə olması gözlənilən Mendinin gecikməsi keçidə əngəl olub.
Qeyd edək ki, Mendi 2016-cı ilin yayından “Lester”də oynayır. O, cari mövsümün startında meydana çıxmayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button