Cəmiyyət
Lerikdə bərbər bıçaqlanıb |

Lerikdə bərbər bıçaqlanıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə şəhər ərazisində baş verib.
Belə ki, şəhər mərkəzindəki kişi salonunda bərbər işləyən 1981-ci il təvəllüdlü Vaqif Arif oğlu Abbasov münaqişə zəminində sərxoş şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.