Dünya

“Le Parisien”: Fransada dövlət çevrilişinin qarşısı alınıb

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (Əks-kəşfiyyat-red) oktyabrın sonlarında peyvənd mərkəzlərinə hücumların təşkilində şübhəli bilinərək saxlanılan “Demokratik Hərəkat” (“MoDem”) Partiyasından olan sabiq deputat Remi Daye və onun tərəfdarlarının planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb.
“Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Dayenin əlaqələrini araşdıran müstəntiqlər onun ölkə daxilində geniş şəbəkəsi olan terror icması yaratdığını aşkar ediblər. Təşkilat bəziləri hazırkı və ehtiyatda olan polis əməkdaşları, jandarm və hərbçilərdən ibarət olub.
Qəzet istefada olan polkovnik-leytenant, Fransanın “Ximətlərə görə” ordeninin sahibi, hərəkatın sərt iyerarxiyaya malik hərbi qanadının qurucusu və kuratoru, 63 yaşlı Kristof M-nin nun adını çəkib. Müstəntiqlər dövlət çevrilişi hazırlayan qrupun üzvləri arasında yazışmaların analizinin nəticələrinə görə, hər biri öz regionuna cavabdeh olan azı 36 “kapitan” müəyyən ediblər.
Nəşr qeyd edir ki, bu günə qədər həmin iş üzrə 12 sui-qəsdçiyə qarşı ittiham irəli sürülüb, lakin bir sıra digər araşdırmalar neonasistlər də daxil olmaqla, onların digər hərəkatlarla əlaqəsinə işarə edir. Məhkəmə cari ilin mayında həmin iş üzrə üç məhbusa qarşı ittiham irəli sürüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button