Dünya

Lavrovun BMT-nin İnsan Hüquqları Şurasının 49-cu sessiyasında çıxışına belə etiraz etdilər

Bu gün Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasında maraqlı hadisə yaşanıb.

Xarici KIV-lərin yaydığı məlumata görə, Qərb ölkələri öz hava məkanını Rusiya üçün bağladığından Rusiya xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən nümayəndə heyəti iclasda iştirak edə bilməyib. Bu səbəbdən də Lavrov toplantıya onlayn formatda qatılıb. XİN rəhbərinin videomüraciəti demək olar ki, boş bir zala nümayiş etdirilib. Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq əksər nümayəndə heyəti iclas zalını tərk edib. Yəmən, Tunis, Suriya və Venesuela da daxil olmaqla bir neçə dövlətin nümayəndəsi içəridə qalıb. Qalan diplomatlar isə foyeyə çıxıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button