Dünya

Lavrov: “Putin-Zelenski görüşünün indi keçirilməsi qeyri-məhsuldar olardı”

Putin heç vaxt Zelenski ilə görüşməkdən imtina etməyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiya KİV-lərinə müsahibəsində bildirib.

“Putinlə Zelenski arasında görüş lazımdır. Lakin Rusiyaya danışıqlarda konkretlik lazımdır. İndi Putin və Zelenski arasında fikir mübadiləsi ilə üçün görüş qeyri-məhsuldar olardı”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Rusiya-Ukrayna danışıqlarında konkret nəticələr əldə olunandan sonra Putin və Zelenskinin bu nəticələri təsdiqləmək üçün görüşə biləcəklərini söyləyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button