Mədəniyyət

Latviyanın məşhur tekstil rəssamlarının sərgisi keçiriləcək

Tezliklə iki nəsil məşhur Latviya müasir tekstil rəssamları – müəllim İrisa Blumate və onun keçmiş tələbəsi İveta Vesenanenin “ALL IN TWO” adlı sərgisi açılacaq.

İstiqlal.az xəbər verir ki, hər iki rəssam nəsillərarası dialoq vasitəsilə tarix boyu qobelen sənətinin inkişafını əks etdirir, ətraflarındakı müxtəlif yanaşma və üsulları araşdırırlar. Bu, tətbiqi sənət ənənələrini, bacarıqlarını və biliklərini qiymətləndirən bir araşdırma yoludur

Sərgi hər iki rəssamın  zamanla tekstil sənətinin inkişafı, dəyişikliklər, yeni ideyalar və hissləri özündə əks etdirən retrospektiv və müxtəlif əsərlərindən ibarətdir. Hər iki sənətçi eyni məktəbdə – Latviya Rəssamlıq Akademiyasında təhsil alıblar. Müəllim və tələbə ömrü boyu yaradıcılıqla məşğul olaraq bir çox beynəlxalq və milli sərgilərdə iştirak ediblər.

Sərgi Latviya Respublikasının Azərbaycandakı Səfirliyinin Gazelli Art House ilə birgə əməkdaşlığı ilə təşkil olunur.

Tekstil sənəti həmişə Latviya mədəniyyətinin ayrılmaz bir hissəsini təşkil edib və hər zaman məhşhur bir sənət sahəsi olub.  Bu sənət növü xalq yaradıcılığı dəyərlərinin və peşə bacarıqlarının irsindən qaynaqlanan dərin və tarixi ənənələrə malikdir.

Latviya səfirliyi olaraq mədəni irsə böyük maraq göstəririk və ümid edirik ki, ictimaiyyətə təqdim olunan bu sərgi Azərbaycan tamaşaçılarının da marağına səbəb olacaq.

Sərgi 16 oktyabr – 15 noyabr, 2021 il tarixinə kimi çərşənbə axşamı – Bazar, saat 12:00-dan 20:00-dək keçiriləcək.

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button