Mədəniyyət

Latviyanın məşhur qrupu Bakıda konsert verib

Latviya Respublikasının müstəqilliyinin elan edilməsinin 103-cü ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi Beynəlxalq Muğam Mərkəzində məşhur “Melo-M” trio qrupunun konsertini təşkil edib.
İstiqlal.az xəbər verir ki, tədbirdə çıxış edən Səfirliyin müvəqqəti işlər vəkili Viya Buşa deyib ki, noyabr ayı Latviya ayı olub, müxtəlif tədbirlər keçirilib. 18 noybar Latviyanın mütəqilliyinin 103-cü ildönümü qeyd edilib: “İlk tədbirə Latviya Milli Kitabxanası tərəfindən Azərbaycan Milli Kitabxanasına növbəti dəfə yeni kitablar hədiyyə etməklə start verilib. Daha sonra “Gazelli Art House”in məkanında Latviya müasir tekstil rəssamları – müəllim İrisa Blumate və onun keçmiş tələbəsi İveta Vesenanenin “ALL IN TWO” adlı sərgisi təşkil edilib. Həmçinin, Azərbaycanda ilk dəfə olaraq “Kiçik bir millət- böyük Animasiya” adlı Festivalı keçirililib. Bu gün Latviyadan olan “Melo-M” violençel triosunun konsertinə toplaşmışıq. Bu qrup ilk dəfədir Azərbaycandadır. Bundan əvvəlki gün isə qrupun Gəncə Dövlət Filarmoniyasında konserti olub”.
V.Buşa deyib ki, Latviya və Azərbaycan arasındakı əlaqələr getdikcə genişlənməkdədir. Onun sözlərinə görə bu əməkdaşlıq müxtəlif sahələri – siyasi, iqtisadi, ticari, mədəni, təhsili əhatə edir.
Daha sonra “Melo-M” trionun ifasında bir-birindən gözəl ifalar təqdim edilib. Trionun ifa etdiyi “Sarı gəlin” kompazisiyası isə anşlaqla qarşılanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button