Dünya

Latviyada peyvənd olunmayanların mağazalara girməsi qadağan edilib

Latviyada Böhran Vəziyyətlərində İdarəetmə Şurası yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayan sakinlərin mağazalara daxil olmasını qadağan edən qərar qəbul edib.
“Report” xəbər verir ki, bunu mətbuat konfransında Latviyanın baş naziri Krişyanis Karinş deyib. Onun sözlərinə görə, sakinlər yalnız zəruri mallar satılan yerlərə daxil ola biləcək.
Şuranın digər qərarına əsasən məktəblərdə şagirdlərin tibbi maska taxması məcburi olacaq. Şuranın qərarına bu gün (8 oktyabr – Red) Latviya hökuməti tərəfindən baxılacaq.
Xatırladaq ki, Latviyada əhalinin 50% -i COVID-19 əleyhinə peyvənd olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button