Dünya

Latviyada komendant saatı qüvvəyə minib

Latviyada koronavirusla əlaqədar komendant saatı qüvvəyə minib.
“Report” xəbər verir ki, bu barədə Latviya Karantin İdarəetmə Şurasının qərarında deyilir.
Qərara əsasən, noyabrın 15-dək ölkə ərazisində komendant saatı tətbiq ediləcək. Hər gün axşam saat 20:00-dan səhər 5:00-ə qədər yalnız təcili səbəblərdən evdən çıxmağa icazə veriləcək.
Məhdudiyyət vaksinasiyadan asılı olmayaraq hamıya şamil edilir.
Ölkədə komendant saatının tələblərinə riayət olunmasını hüquq-mühafizə orqanlarının əməkdaşları izləyəcək.
Latviyada karantin dövründə qüvvədə olan məhdudiyyətlərə əməl etməyənləri 2 min avroya qədər cərimə gözləyir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button