İqtisadiyyat

Latviya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Latviyanın “Cleantech Latvia” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə şənbə günü Trend konfederasiyaya istinadən məlumat yayıb.

“Cleantech Latvia Cluster” şirkətinin icraçı direktoru Evija Pudane görüş zamanı Azərbaycanda kənd təsərrüfatı, su təsərrüfatı, informasiya texnologiyaları, peşə təhsili, inşaat mühəndislərinin sertifikatlaşdırılması kimi sahələrdə fəaliyyət üçün mövcud imkanlar barədə sual verib.

“Latviya iş adamlarına Azərbaycanın aqrar sektorunda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə mövcud potensial, xarici investorların bu sahəyə marağı barədə ətraflı məlumat verilib”, – məlumatda deyilir.

Eyni zamanda, klasterlərin yaradılması üzrə Latviya təcrübəsinin Azərbaycan üçün maraqlı ola biləcəyi vurğulanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında Latviya ilə ticarət dövriyyəsi 4,787 milyon dolları ötüb, ötən ilin eyni dövründə isə bu rəqəm 5,003 milyon dollar təşkil edib (il ərzində 4,32 faiz azalma).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button