Mədəniyyət

Latviya Animasiya Filmlər Festivalının açılışı olub

Latviyanın Azərbaycandakı Səfirliyi “Park Cinema” ilə birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə ilk dəfə olaraq “Kiçik bir millət- böyük Animasiya” adlı Festivalın açılışını edib.

İstiqlal.az xəbər verir ki, festivalın açılışında çıxış edən Səfirliyin müvəqqəti işlər vəkili xanım Viya Buşa deyib ki,
noyabr ayı latviyalılar üçün çox əhəmiyyətlidir. Bu ay Latviyanın müstəqilliyinin 103-cü ili tamam olur və bu ay ərzində Səfirlik ardıcıl olaraq bir sıra tədbirlər təşkil edir: “Festival ölkələr arasında mədəniyyət körpüsüdür. Latviya animasiya filmləri beynəlxalq festivalların daimi iştirakçılarıdır və ardıcıl olaraq uğur qazanır”.
Latviya animasiyaları həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.
Latviyanın məşhur animasiya filmləri rejissoru Vladimir Leşçiov çıxışında bildirib ki, bu onun Azərbaycana ilk səfəridir və ölkəmizdə olmaqdan məmnundur:“Çox danışmağı sevmirəm. Sadəcə öz sevdiyim işlə məşğulam, animasiya filmləri çəkərək insanlara təqdim edirəm”.
16 noyabr saat 15:00-da “Park Cinema”-da Vladimir Leşçiov tərəfindən ustad dərsi təşkil olunacaq.
Festivalın açılışında Vladimir Leşçiovun  “Elektrikçinin Günü”, “Yeni ili gözləyirik”, “Yağışlı Günlər”, “Qanadlar və Avarlar” filmləri nümayiş olunub.
Festival noyabrın 21-dək hər gün 2 seansla davam edəcək.
Biletlər üçün aşağıdakı linkə daxil olun:

https://iticket.az/events?q=&venue=163&start_date=&end_date=&price_min=&price_max=&sort=

Festival çərçivəsində Park Cinema Instagram səhifəsində Air Baltic-dən 2 bilet və “Park Cinema”- dan 2 bilet qazanmaq üçün müsabiqə açıq elan edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button