Dünya

KXDR Cənubi Koreya ilə bütün kommunikasiya xətlərini bərpa edəcək

Rəsmi Pxenyan bildirib ki, Cənubi Koreya ilə bütün kommunikasiya xətləri bərpa ediləcək.
“Report”un məlumatına görə bu barədə, “Renxap” agentliyi xəbər verir.
Məlumata görə, əlaqələr bu gün – oktyabrın 4-də səhər yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 4:00-da) bərpa ediləcək.
Bu ilin yayında məlum olub ki, Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında birbaşa əlaqələr bərpa edilib. Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In sentyabrın sonunda Cənubi Koreya ilə əlaqələri bərpa etməyə hazır olduğunu bildirib. KXDR rəhbəri həmçinin əlavə edib ki, əlaqələr oktyabrın əvvəllərində bərpa oluna bilər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button