Siyasət

KXCP-nin Ali Məclisində insident… – Savash.org

Klassik Azərbaycan Xalq Cəbhəsi (KXCP) Ali Məclisinin sessiyasında insident yaşanıb.

Savash.org xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev yayıb. Onun sözlərinə görə, avqustun 25-də baş tutan sessiyada Ali Məclis üzvü Nisəxanım Veliyeva təhqir olunub: “Hətta onu vurmaq üçün üstünə hücum çəkiblər”.

Oqtay Gülalıyevin iddiasına görə, Nisəxanım Vəliyevaya hücum çəkənlər KXCP sədri Mirmahmud Mirəliloğlunun tərəfdarları olub. Bu səbəbdən KXCP sədri baş verənləri sükutla seyr edib. “Sədrə və ona hücum edənlərə sözünü deyən xanım məclisi tərk edib”,- deyə hüquq müdafiəçisi bildirib.

Oqtay Gülalıyev əlavə edib ki, Nisəxanım Vəliyeva xeyli vaxtdır ki, KXCP sədrini kəskin tənqid edir. Ona qarşı hücumun səbəbi də budur.

“Yeni Sabah” baş verənlərlə bağlı Mirmahmud Mirəliloğluda açıqlama almağa çalışıb. Lakin KXCP sədri mövzu barədə danışmaq istəməyib. “Kim nəs istəyir qoy danışsın. Başqa sualınız varsa verin”,- deyə Mirmahmud Mirəliloğlu bildirib.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button