Cəmiyyət

Kürdəmirdə yolu keçən 67 yaşlı kişini avtomobil vurub

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1954-cü il təvəllüdlü Şirəliyev Sərdar Eybalı oğlunu vurub.
Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button