Cəmiyyət

Kürdəmirdə yola çıxan at qəzaya səbəb olub, xəsarət alan var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çərtəyəz kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü, 54 yaşlı Zərbalıyev Habil Əliş oğlu yola çıxan atı vurub öldürüb.
Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Nəqliyyat vasitəsi isə zərbənin gücündən yararsız hala düşüb. Fakt araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button