Cəmiyyət

Kürdəmirdə bazarda sanitar qaydaların kobud şəkildə pozulması aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şamaxı Regional bölməsinin əməkdaşları Kürdəmirdə reyd keçirib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bölmənin əməkdaşları Kürdəmir rayonunda fəaliyyət göstərən Hüseynov Vidadi Aydın oğluna məxsus bazarda yoxlama işləri həyata keçiriblər.
Reyd zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozuntusu halları aşkar edilib. Belə ki, bir sıra qida məhsulları, ərzaq məhsulları birbaşa döşəmə üzərinə yığılmaqla satışı həyata keçirilməsi, həmçinin satışda olan heyvan mənşəli məhsullar, ət və ət məhsulları süd və süd məhsulları baytar sanitar ekspertizadan keçrilmədən satışı həyata keçrilməsi faktları aşkarlanıb.
Eyni zamanda bu məhsulların hansı təsərrüfatdan gəlməsi, eləcə də təsərrüfatın sağlamlığı haqqında arayışlar yoxlamaya təqdim edilməməsidə müəyyən olunub.
Bazarda fəaliyət göstərən beş ət satış məntəqəsində sanitar norma və qaydalarına, gigiyenanın tələblərinin kobud şəkildə pozuntusu aşkar edilib, həmin satış məntəqələri daimi isti və soyuq su ilə eləcə də kanalizasiya xətləri ilə təmin edilməyib. Yuyulması, təmizlənməsi, dezinfeksiya olunması asan olmayan materildan təşkil edilib.
Bundan başqa, reyd zamanı bazarda çalışan işçilərin tibbi müayinəyə cəlb olunmaması halı da aşkar edilib.
Reyd zamanı bazar rəhbəri Hüseynov Vidadi Adil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tətbiq edilib.
Hazırda rayon ərazisində AQTA tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button