Cəmiyyət

Kürdəmirə yas mərasiminə gələn Masallı sakini bıçaqlanıb

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Karrar qəsəbəsində qeydə alınıb.
Belə ki, Masallıdan Kürdəmirə yas mərasiminə gələn 35 yaşlı Tomarov Rais Əzizağa oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı ətrafdakı insanlar tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayonunun Xınıslı kənd sakini, 28 yaşlı Ayazlı Bilal Ayadxan oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button