Dünya

Kuleba: “Rusiya neft və qazdan gələn gəlirlə müharibəni davam etdirir”

“Donbas uğrunda döyüşlər davam edir, Rusiya bütün növ silahlardan istifadə edərək bizim mövqelərimizə zərbələr endirir”.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba canlı yayımda deyib.

“Əgər biz indi əldə etdiyimiz silahları həftələr öncə əldə etsəydik, indi daha yaxşı mövqedə olardıq, daha çox əsgərimizin həyatını xilas edərdik”, Dmitri Kuleba deyib.

Mariupoldakı vəziyyətlə bağlı danışan Dmitri Kuleba bildirib ki, “Azovstal” hələ də Ukraynanın nəzarətindədir və Rusiyaya təslim olmayıb.

“Rusiya havadan zərbələr endirir. Biz BMT-nin köməyi ilə mülki vətəndaşların bir qismini təxliyə edə bilmişik, ancaq hələ də orada qalan mülki vətəndaşlarımızın həyatı risk altındadır.

Rusiya raketləri Ukraynanın müxtəlif nöqtələrinə atılır, Ukraynanın istənilən nöqtəsi Rusiya üçün hədəfdir”, XİN başçısı deyib.

Kuleba qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi davam etməlidir:

“Sanksiyaların yarısı artıq tətbiq olunub. Avropa İttifaqı sanksiyalar tətbiq edir, Ukraynaya maliyyə dəstəyi verir, amma eyni zamanda Rusiyadan qaz alaraq müharibə maşınının hərəkətinə töhfə verir. Rusiya qaz və neftdən gələn gəlirlər vasitəsilə müharibəni davam etdirir. Aİ çərçivəsində Rusiyadan neft idxalına embarqoya etiraz edən Aİ üzvü Ukraynada törədilən qırğın və terrorda Rusiya ilə eyni məsuliyyəti bölüşür, nöqtə!”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button