Dünya

Kubada Əlcəzairin keçmiş prezidentinin ölümü ilə bağlı matəm elan olunub

Kuba rəhbərliyi Əlcəzairin keçmiş prezidenti Əbdüləziz Buteflikin vəfatı ilə bağlı ölkədə matəmin elan olunması barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi bildirib.
Qeyd edilir ki, matəm barədə qərar rəsmi olaraq sentyabrın 21-də yerli vaxtla saat 06:00-da qüvvəyə minəcək.
Əlcəzairin keçmiş prezidenti, Əbdüləziz Buteflika sentyabrın 18-də dünyasını dəyişib. O, 85 yaşında vəfat edib.
2019-cu ilin fevralında Əlcəzairdə Buteflikanın prezident seçkilərində iştirakına qarşı kütləvi etiraz aksiyaları başlayıb. Etirazlar zamanı 183 nəfər yaralanıb, 195 nəfər saxlanılıb. Martın 11-də Əlcəzair hökuməti ölkədə kütləvi etirazlar fonunda istefaya gedib. Buteflika isə apreldə vəzifəsindən ayrılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button