İdman

Kriştianu Ronaldu mövsümün sonunda “Mançester Yunayted”dən ayrıla bilər

Kriştianu Ronaldu İngiltərənin “Mançester Yunayted” klubundan ayrıla bilər.

37 yaşlı hücumçu “qırmızı şeytanlar”ın baş məşqçi seçimindən razı qalmasa, mövsümün sonunda ayrılacaq.

Portuqaliyalı forvard almaniyalı mütəxəssis Ralf Ranqnikin postunda qalmasının əleyhinədir.

Qeyd edək ki, “Mançester Yunayted” noyabrda Ranqniki baş məşqçi təyin edib. Sözləşməyə əsasən, o, mövsümün sonunadək komandaya rəhbərlik edəcək. Ronaldu cari mövsüm Premyer Liqada 16 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu Çempionlar Liqasının qrup mərhələsində çıxdığı 5 qarşılaşmada 6 qolla yadda qalıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button