İdman

Kriştiano Ronaldo “Yuventus” azarkeşlərilə vidalaşıb

“Bu gün mən möhtəşəm klubu tərk edirəm. İtaliyada ən böyük, Avropada ən böyüklərdən birini”.
Apasport.az saytının məlumatına görə, bu fikirlər bu gün İtaliya “Yuventus”undan İngiltərənin “Mançester Yunayted” klubuna keçən Kriştiano Ronaldoya məxsusdur.
O, Turin təmsilçisinin azarkeşlərinə vida məktubunu instaqram səhifəsində paylaşıb: “Həmişə “Yuventus”dakı hər oyunda canımı qoymuşam. Turinə əbədi vurulmuşam. Tiffozi həmişə mənə hörmət edib. Çalışmışam onlara meydanda döyüşməklə təşəkkür edim. Biz gözəl tarix yazdıq. Həmişə sizlərdən biri qalacam. Siz mənim tariximin bir parçam olduz, mən də sizin. İtaliya, “Yuve”, Turin, tiffozi, byankoneri, siz həmişə ürəyimdə qalacaqsız”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button