Dünya

Kremldən Putinlə Makronun uzun masa arxasında söhbətləşməsinə yeni izah

“Rusiya Prezidenti Vladimir Putin bəzi hallarda qonaqları ilə əllə görüşür, bəzi hallarda isə məsafə saxlayır və təxminən, 6 metrlik masa arxasında müzakirələr keçirir”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Putinin Fransanın dövlət başçısı Emmanuel Makronla uzun masa arxasında danışması siyasiləşməməlidir: “Bu, pandemiya qaydalarına əməl etməklə bağlıdır. Bəzi liderlər testlərinin nəticələrindən xəbərimizin olmasını istəmirlər. Biz bunu anlayışla qarşılayırıq. Lakin bu zaman əlavə tədbirlərə, o cümlədən uzun masalara ehtiyac olur. Əsas məsələ budur ki, heç nə danışıqlara mane olmadı”.

Qeyd edək ki, E.Makron fevralın 7-də Rusiyaya səfər etmişdi. Liderlərin uzun masa arxasında söhbətləşməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button