Dünya

Kreml: MDB dövlət başçılarının qeyri-formal sammitinə hazırlıq gedir

Sankt-Peterburqda MDB dövlət başçılarının sammitinə hazırlıq gedir. Bu barədə Kremlin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının qeyri-formal sammiti dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək. İlkin məlumata görə, sammitə Rusiya prezidenti Vladimir Putin sədrlik edəcək. MDB dövlət başçılarının Yeni il ərəfəsində Sankt-Peterburqda qeyri-formal sammiti pandemiyaya qədər mütəmadi keçirilib.

Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə 9 ölkə – Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button