Cəmiyyət

Koronavirusun Delta variantı: nəyi bilmək lazımdır və özünü necə qorumaq olar?

Dünyada 5 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası Delta variantı ilə yayılmaqda davam edir. Elm adamları Avropada yoluxma və ölüm sayının rekord həddə çatdığı bir vaxtda Delta variantı ilə bağlı həyəcanlı açıqlama veriblər.

virtualaz.org xəbər verir ki, alimlər mutasiyaya uğramış Delta variantı ilə bağlı xəbərdarlıq ediblər. İlk dəfə ötən ilin dekabrında Hindistanda ortaya çıxan və qısa müddət ərzində bütün dünyada yayılan Delta variantı daha çox yoluxdurur, üstəlik, ağırlaşmalara səbəb olur. La Kolla İmmunitet İnstitutunun əməkdaşı Şeyn Krotti bildirib ki, Delta variantının super gücü yoluxdurucu olmasıdır.

“Burunlarında virus daşıyırlar”

ABŞ-ın xəstəliklərə nəzarət və mübarizə mərkəzlərinin məlumatlarına görə, Delta variantı əvvəlki variantlardan iki dəfə daha yoluxucu və təhlükəlidir. Həmçinin sübut olunub ki, Delta variantı əvvəlki variantlarla müqayisədə iki və ya üç gün ərzində simptomlar yaradır və beləliklə orqanizmin xəstəliklə mübarizəyə daha az vaxtı olur.

Reuters agentliyinin yazdığına görə, Delta variantına yoluxanlar əvvəlki variantlara yoluxanlara nisbətən burunlarında 1 200 dəfə çox virus daşıyırlar. Peyvənd olunanlarda bu nisbət azalır, ona görə də xəstəliyin başqalarına keçmə ehtimalı daha qısa müddəti əhatə edir.

 

Gələcəklə bağlı proqnoz

Ümumdünya Səhiyyə Təşkilatı isə hesabatında bildirib ki, hazırki yoluxmaların 99,5 faizi Delta variantıdır, bununla belə təşkilat Qamma, Lambda və Mu variantlarını da yaxından izləyir.

Alimlər hesab edirlər ki, gələcəkdə koronavirus yalnız Delta variantından ibarət olacaq. Delta variantının “nəslindən” birinin AY.4.2 olduğunu qeyd edən elm adamları Böyük Britaniyada hazırda yoluxmaların 10 faizinin bu variant olduğunu qeyd ediblər.

Hazırki vaksinlər Deltaya yoluxmanın qarşısını almır

Alimlər hesab edirlər ki, hazırda tətbiq edilən vaksinlər ağırlaşmaların və ölümün qarşısını alsa da, yoluxmanı əngəlləyə bilmir. Virus hələ də burunda çoxalmaqda davam edir, hətta peyvənd olunmuş insanlar da xırda hava damcıları vasitəsilə xəstəliyi ötürə bilirlər. Mayo Klinikasının peyvənd istehsalı üzrə mütəxəssisi Gregory Poland bildirib ki, koronavirusu tamamilə yox etmək üçün infeksiyanın ötürülməsinin qarşısını alan koronovirus peyvəndi hazırlamaq lazımdır. O vaxta qədər dünya virusa qarşı həssas olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button