Mədəniyyət

“Koroğlu“ operası 85 illiyi münasibətilə səhnəyə qoyulacaq

Aprelin 30-da “Koroğlu“ növbəti dəfə Opera və Balet Teatrında səhnəyə qoyulacaq və tamaşa operanın 85 illiyinə həsr olunacaq.

Teatrdan APA-ya verilən xəbərə görə, yubiley tamaşasında Koroğlu partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Respublikanın Əməkdar artisti, istedadlı vokal ustası Ramil Qasımov ifa edəcək.

Tamaşada həmçinin Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Tural Ağasıyev (Həmzə bəy), Xalq artistləri Əli Əskərov (Vəzir), Əkrəm Poladov (Alı), Fidan Hacıyeva (Xanəndə qız) və b. çıxış edəcəklər.

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay “ milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Qeyd edək ki, aprelin 30-da dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu “ operasının ilk tamaşasının 85 illiyi tamam olur. “Koroğlu” Ü.Hacıbəyli yaradıcıllığının şah əsəri, ən yüksək zirvəsidir. Bu əsər milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olub yarandığı gündən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button