Mədəniyyət

Könül iqlimində padşah gözyaşı…

Mustafa Sarı 1968-ci ildə Türkiyənin Tarsus şəhərində doğulub. 1990-cı ildə Diclə Universitetinin Pedaqoji fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirib, sonra təhsilini Mançestr Universitetində davam etdirib. Elimlər doktoru professordur. Qədim Anadolu Türkçəsi və müqayisəli dilçilik mövzularında akademik araşdırmaları var. Dərgah, Yeddi İqlim, Ihlamur və ‘dibace.net’ kimi jurnallarda şeirləri, dil və mədəniyyət haqqında yazıları yayımlanıb. Evli və üç qız atasıdır.

Könül iqlimində padşah gözyaşı,

Önündə baş əyib təzim olunur.

Düşüncə qoynuna zülfü gecənin,

Sübh tezdən altıda taxtı qurulur.

Səhərlər sulayın könül bağını,

Tövbələr bu sayaq qəbul olunur.

Ümidi qorxuya qardaş edək biz;

Boz bulanıq sellər bir gün durulur.

İslanmış dəsmalı sərin gecəyə,

Xilas sədəqəsi bəlkə verilir.

Hüzünlü səsində tapdım əlacı,

Verməsən əfəndim, könlüm sıxılır.

Ruhumun əlindən tutsun göz yaşın,

Geridə qalsam mən sinəm yarılır.

Dərdinə şərik et, məni də ey dost

O billur bağçaya bu cür varılır.

MUSTAFA SARI

 

 

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button