İqtisadiyyat

Konsul: “Aktauda Azərbaycanın Ticarət Evinin filialı açılacaq”

Yaxın vaxtlarda Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Ticarət Evi”nin filialı açılacaq.

Bunu “Report”a Azərbaycanın Aktaudakı konsulu Elmar Məmmədov deyib.

E.Məmmədovun sözlərinə görə, Azərbaycan iş adamlarının Aktau şəhərinə böyük maraqları var: “Bir müddət əvvəl “Azərsun Holding”in burada logistik mərkəzi tikilib. Bu mərkəz vergi ödənişlərindən azaddır.

Hazırda müxtəlif sahələr üzrə 100-dən artıq Azərbaycan şirkəti burada çalışır. İki ölkə arasında ticarət dövriyyəsi müsbət qiymətləndirilə bilər. Yaxın zamanlarda Aktau şəhərində “Grandmart” sumeprmarketlər şəbəkəsinin filialı açıldı. Bu yerli əhali tərəfindən çox maraqla qarşılandı”.

Konsul əlavə edib ki, Aktauda “Azəravtomaş” ASC-nin nümayəndəliyi də tikilməkdədir: “Onlar burada transformatorların yığılmasını həyata keçirəcək”.

E.Məmmədov qeyd edib ki, burada əsasən Azərbaycan iş adamları ticarət sahəsinə maraq göstərir: “Ölkəmizin meyvə-tərəvəz məhsullarının yaxud Azərbaycan ərazisindən başqa ölkələrin kənd təsərrüfat məhsullarının gətirilməsi və satışı iş adamlarımıza daha cəlbedicidir”.

Xatırladaq ki, 2021-ci ildə Qazaxıstanın paytaxtı Nur-Sultanda “Azərbaycan Ticarət Evi”nin açılışı olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button