Dünya

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

ABŞ-ın Respublikaçı Partiyasından olan Lauren Bobert Əfqanıstandan qoşunların çıxarılmasında səhvlər olduğunu iddia edərək, Prezident Cozef Baydenin istefasını tələb edib.
“Report” bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Bayden prezident kimi öz vəzifəsinə laqeyd yanaşıb və ABŞ-ın milli təhlükəsizliyini təmin edə bilməyib. Bu isə konstitusiya andının pozulmasıdır”, – Bobert vurğulayıb.
Bobertin fikrincə, qoşunlar Əfqanıstandan çıxarılan vaxt orada bahalı texnika qalıb və bu hərəkətlərlə bağlı heç bir araşdırma və ya istefa olmayıb.
“ABŞ Prezidentinin qərarsızlığı və səriştəsizliyi Əfqanıstandakı amerikalıların həyatına son qoyub”, – respublikaçı əlavə edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button