Dünya

Konqoda yol qəzası nəticəsində 50 nəfər həlak olub

Konqo Demokratik Respublikasının cənubunda yük maşınının qəzaya uğraması nəticəsində onlarla insan ölüb.
“Report” xəbər verir ki, bu barədə yerli “Actualite” nəşri bölgə səlahiyyətlilərinə istinadən məlumat verib.
Qeyd edilir ki, yük maşını idarəetmədən çıxaraq Yuxarı Katanqa əyalətində Kalume-Nqonqo çayına düşüb.
Əyalət hökumətinin sözçüsü Josef Kayumba qəza zamanı 50 nəfərin həlak olduğunu, yalnız 2 nəfərin sağ qaldığını bildirib.
Dalğıclar hadisə yerində axtarış-xilasetmə işlərinə davam etdirir, ölənlərin sayı arta bilər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button