İdman

Konfrans Liqası: “Sumqayıt” “Çukariçki” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Sumqayıt” bu gün növbəti avrokubok matçına çıxacaq.
Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri Konfrans Liqasında “Çukariçki” ilə qarşılaşacaq.
II təsnifat mərhələsinin Serbiyadakı ilk görüşündə qolsuz heç-heçə edən sumqayıtlılar tur adlamaq üçün mütləq qalib gəlməlidir. Bu, ya oyunun əsas və əlavə vaxtına, ya da penaltilər seriyasına təsadüf etməlidir.
İndiyədək avrokuboklarda nəinki mərhələ keçməsi və ya qələbə qazanması, heç qol vurmasına da təsadüf olunmayan “Sumqayıt” ilklər üçün “Kapital Bank Arena”ya çıxacaq. Bu görüşdə vurulacaq top həm də Azərbaycan klublarının Konfrans Liqasında ilk qolu da ola bilər. Bu, digər qarşılaşmaların axarından asılı olacaq.
Qeyd edək ki, “Sumqayıt” mərhələ adlasa, “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.
Konfrans LiqasıII təsnifat mərhələsi, cavab oyunu29 iyul20:00. “Sumqayıt” (Azərbaycan) – “Çukariçki” (Serbiya)Baş hakim: Yorgen Burhardt (Danimarka)Sumqayıt. “Kapital Bank Arena”İlk oyun – 0:0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button