İdman

Konfrans Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşir

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Tədbirdə “Qarabağ”ın da pley-offdakı rəqibi bəlli olacaq.

Püşkatmada iştirak edəcək 16 komanda iki qrupa bölünüb. H qrupunu 2-ci pillədə tamamlayan Ağdam klubu səpələnmişlər səbətində yer alıb. Qurban Qurbanovun baç məşqçi olduğu komandası Avropa Liqasının qrup üçüncülərindən biri ilə qarşılaşacaq. “Köhlən atlar” ilk oyununu səfərdə keçirəcək. Püşk zamanı eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.

Pley-off matçlarından sonra 8 cütün qalibi Konfrans Liqasında qruplarını ilk sırada başa vurmuş 8 kollektivə qoşulacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button