İdman

Konfrans Liqası: “Qarabağ” Şotlandiyada “Aberdin”lə qarşılaşacaq

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, ilk dəfə keçirilən Konfrans Liqasında mübarizə aparan Ağdam klubu Şotlandiyada “Aberdin”lə görüşəcək.
Pley-off mərhələsinin cavab oyunu qrupa vəsiqənin taleyinə aydınlıq gətirəcək. Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri üstünlüyünü qorumağa çalışacaq.
Son 7 ildə bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirməyə köklənib. Təmsilçimiz 3-cü dərəcəli klub turnirində də buna nail olsa, hər üç yarışda qrupa düşən ilk komandalar sırasında olacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Konfrans LiqasıPley-off mərhələsiCavab oyunu26 avqust22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan)Baş hakim: Harald Lexner (Avstriya)Aberdin. “Pittodri” stadionuİlk oyun – 0:1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button