İdman

Konfrans Liqası: “Qarabağ” İsraildə “Aşdod”la oynayacaq

Premyer Liqanın vitse-çempionu “Qarabağ” bu gün növbəti sınağına çıxacaq.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Aşdod”la görüşəcək.
Bakıda rəqibinin müqavimətini qıra bilməyən Qurban Qurbanovun yetirmələri İsraildə qələbə qazanmağa çalışacaq. Heyətlə bağlı ciddi problemləri olan təmsilçimiz son 7 ildə olduğu kimi yenə qrupda oynamaq üçün ilk addımı atmalıdır.
Avrokuboklar tarixində ilk qələbəsini İsraildə əldə edən “Qarabağ” bu ölkəyə yenə ümidli yollanıb. Səfər qələbəsi son illərdəki uğurunu təkrarlaması üçün vacibdir.
Qeyd edək ki, “Aşdod” – “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində AEL (Kipr) – “Vlajniya” (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.
Konfrans LiqasıII təsnifat mərhələsi, cavab oyunu29 iyul21:00. “Aşdod” (İsrail) – “Qarabağ” (Azərbaycan)Baş hakim: Novak Simoviç (Serbiya)Aşdod. “Jabotinski” stadionuİlk oyun – 0:0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button